RU

Misir giriş vizalarının rüsumunu artırır

Bakı. Trend:

Misir gələn aydan etibarən giriş vizalarının rüsumunuartıracaq.

Trend xəbər verirki, bu barədə “Cairo 24” nəşri məlumat yayıb.

Hesabatda bildirilir ki, Səyahət Şirkətləri və AgentlikləriPalatası Misirə giriş məntəqələrində vizaların rüsumununartırıldığını elan edib.

Dəyişiklik tək girişli vizalara aiddir. Martın 1-dən etibarən buviza üçün rüsum əvvəlki 25 dollar əvəzinə 30 dollar olacaq. Çoxgirişli vizanın qiyməti isə dəyişməz qalaraq 60 dollar təşkiledəcək.

Bununla yanaşı, Şarm əl-Şeyx hava limanına gələn və yalnız Sinayyarımadasında 15 gündən çox qalmayan turistlər üçün giriş pulsuzolaraq qalacaq.

Избранный
18
az.trend.az

1Источники