RU

Azərbaycan yanvarda pambıq ixrac və idxalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan 15,2 milyon ABŞ dollarıdəyərində 10,4 min ton pambıq ixrac edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 3,6 milyon ABŞ dolları və ya 31,1%, həcm baxımından isə3,1 min ton və yaxud 43,4% çoxdur.

Pambıq ixracı ölkənin bu ilin yanvar ayının ümumi məhsulixracında 0,38% paya malik olub.

Eyni zamanda 2026-cı ilin yanvar ayında Azərbaycana 1,019 milyonABŞ dolları dəyərində pambıq idxal edilib.

Məlumata görə, bu, ötən ilin eyni ayındakı göstərici iləmüqayisədə 92 min ABŞ dolları və ya 9,9% çoxdur.

Hesabat ayında pambıq idxalı ölkənin ümumi idxalının 0,08%-nitəşkil edib.

Məqalədə:
Избранный
14
1
az.trend.az

2Источники