SUMQAYIT, 23 fevral. TELEQRAF
Sumqayıtda 17 yaşlı qız binadan yıxılaraq ölüb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 45-ci məhəlləsində qeydə alınıb. Belə ki, 17 yaşlı qız binadan yıxılaraq həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib.
İlkin məlumata əsasən, yeniyetmənin ehtiyatsızlıq nəticəsində binadan yıxıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.