RU

Sabunçuda əsas boru xətti partladı – 3 gündür su verilmir / VİDEO

Sabunçu rayonu Zabrat-2 ərazisində üç gündür su təchizatı dayandırılıb.

NOCOMMENT.az xəbər verir ki, buna səbəb əsas xətt də borunun partlamasıdır.

Hadisənin su elektrik xəttinin altında, stabilizatorun yerləşdiyi hissəyə yaxın ərazidə baş verməsi vəziyyəti daha da təhlükəli edir.

Bildirilib ki, hadisə yerinə texnika cəlb olunsa da, hər hansı nəticə əldə olunmayıb. Müxtəlif briqadaların əraziyə baxış keçirdiyi, lakin “bizlik deyil” deyərək ərazini tərk etdikləri iddia olunur. Nəticədə problem hələ də aradan qaldırılmayıb. Ətrafı su basması və texnikaların ərazidə olması səbəbindən yollar da bağlıdır.

Sakinlər deyirlər ki, bütün Sabunçu rayonu ərazisində artıq üç gündür su yoxdur və bu vəziyyət ciddi çətinlik yaradıb. Su olmaması səbəbindən həmçinin mənzillərdə kombilər işləmir, evlərdə soyuq şərait yaranıb.Onlar məsul qurumlardan problemin həllini tələb edirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.

 

@99ed234♬ orijinal səs – Ανάρ__666

Sara

NOCOMMENT.az 

Избранный
6
nocomment.az

1Источники