Bakıda 61 yaşlı kişi evində ölü tapılıb.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakini 1965-ci il təvəllüdlü Şeydabəy Aydabəy oğlu Həsənbəyov yaşadığı evin hamam otağında naməlum səbəbdən ölüb.
Faktla bağlı araşdırma aparılır.