Yazını böyüt
Yazını kiçilt
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair keçirilən tədbirdə "ASAN müraciət” informasiya sistemi üzrə 2025-ci ilin yekunlarına əsasən seçilən qurumların adı açıqlanıb.
Hafta.az xəbər verir ki, "ASAN müraciət" informasiya sistemi üzrə 1-ci yerdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, 2-ci yerdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti, 3-cü yerdə isə Gəncə Şəhər İcra Hakimiyyəti qərarlaşıb.