RU

Aparıcıya yazdığı şərh ona baha başa gəldi

“TikTok”da televiziya aparıcısı Könül Muxtarovanı təhqir edən kişi inzibati qaydada cəzalandırılıb.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aparıcının müsahibəsinə rəy yazmaq 50 yaşlı sosial şəbəkə istifadəçisi S.Göyüşova baha başa gəlib.

Belə ki, K.Muxtarova müsahibələrindən birində toyda aparıcılıq etdiyi 6 saata görə qazandığı pulun televiziyadakı aylıq maaşının 3 qatından çox olduğunu deyib. İstifadəçi həmin paylaşıma “Tamada və manıslara dəyərindən çox pul vermək qudurmuşların əməlidir. Ona görə də bunlar daha çox qudururlar”, - rəyini yazıb.

Aparıcının sözlərinə görə, həmin şərh ona və ailə üzvlərinə pis təsir edib, bu səbəbdən polisə şikayət etmək qərarına gəlib. Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

Избранный
1
11
publika.az

10Источники