RU

Ölkə hotelləri ötən il hansı aylarda daha çox gəlir əldə edib? - MƏBLƏĞLƏR

2025-ci il üzrə Azərbaycan hotellərinin aylar üzrə əldə etdiyi gəlir göstəriciləri açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təqdim olunan rəqəmlər bütün ölkəni əhatə etsə də, bu gəlirlərin formalaşmasında əsas pay ənənəvi olaraq Bakı şəhərində yerləşən hotellərin üzərinə düşür.

Təqdim edilən statistikaya əsasən, ilin ilk ayı olan yanvarda hotellərin ümumi gəliri 46 milyon 97,3 min manat təşkil edib.

Fevral ayında bu göstərici bir qədər azalaraq 43 milyon 454,4 min manata ensə də, ilin ən aşağı nəticəsi mart ayında 35 milyon 594,6 min manat olaraq qeydə alınıb.

Aprel ayından etibarən isə gəlirlərdə yenidən artım müşahidə edilib və bu rəqəm 50 milyon 629,8 min manata, may ayında isə 58 milyon 388 min manata yüksəlib.

Yay mövsümünə gəldikdə, hotellər iyun ayında 55 milyon 824,5 min manat, iyulda 59 milyon 61,9 min manat, avqustda isə 63 milyon 637,8 min manat gəlir əldə ediblər.

Bütün il üzrə ən yüksək qazanc payızın ilk ayına – sentyabra təsadüf edib və bu ayda hotellərin gəliri 81 milyon 469,7 min manata çatıb

. İlin son ayları üzrə isə oktyabrda 53 milyon 329,3 min manat, noyabrda 47 milyon 361,3 min manat, ilin yekunu olan dekabr ayında isə 58 milyon 195,4 min manat gəlir qeydə alınıb.

Aylar

Gəlir (min manat)

Yanvar

46 097,3

Fevral

43 454,4

Mart

35 594,6

Aprel

50 629,8

May

58 388,0

İyun

55 824,5

İyul

59 061,9

Avqust

63 637,8

Sentyabr

81 469,7

Oktyabr

53 329,3

Noyabr

47 361,3

Dekabr

58 195,4

Избранный
14
fed.az

1Источники