RU

“Vaxtı çatdı” – Sabiq nazirdən “5-ci kolon” haqda açıqlama

“Kreml Azərbaycana qarşı informasiya hücumuna başlayıb. Hüquq-mühafizə orqanlarımız isə yalnız açıq mətbuatda artıq yer alan “ittihamedici materiallar” dərc edirlər”.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, arxivləri açmaq, “beşinci kolon”da kimin hakimiyyət və ya müxalifət statusunun arxasında gizləndiyini deməyin vaxtı çatıb:

“Xüsusilə xaricdən gələn bəzi səslərin “sadəlövhlüyü” məni təəccübləndirir. Onlar Kremlin siyasətini və onun yerli əlaltılarını müdafiə etməyə çalışaraq, məni “beşinci kolon” adlandırmaqdan daha yaxşı fikir tapa bilməyiblər.

Bu ikiüzlü şəxslər məntiqi bir uçurum yaradır: Kremli ittiham edənlər “beşinci kolonistlər”, Kremlin siyasətini gizlədənlər isə “demokratlar”dır. Düşünürəm ki, arxivlərin bir hissəsini açıb hər kəsi layiq olduğu adlarla çağırmağın vaxtıdır”.

Избранный
13
1
konkret.az

2Источники