RU

Bakı İnzibati Məhkəməsinə verilən binanın icarə haqqı müəyyənləşib

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Bakı İnzibati Məhkəməsinin köçürüldüyü yeni binanın icarə haqqı müəyyənləşib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, binanın icarəsi ilə bağlı İbrahimli Namiq Qubad oğlu ilə yeni müqavilə bağlanılıb.

Müqavilədə Bakı İnzibati Məhkəməsi üçün paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi 29 ünvanında yerləşən, ümumi sahəsi 3100,6 m² olan qeyri-yaşayış binasının icarəsi xidməti nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 600.000 manat müəyyənləşib.

Məlumat üçün bildirək ki, ötən il də həmin binanın icarəsi ilə bağlı eyni maliyyə dəyərində müqavilə bağlanılmışdı.

Qeyd edək ki, Bakı İnzibati Məhkəməsinə icarəyə verilən binada 1995-2016-cı illərdə keçmiş Təfəkkür Universiteti fəaliyyət göstərib. Bir müddət öncə keçmiş həmin bina icarə müqaviləsi əsasında daimi istifadə üçün Bakı İnzibati Məhkəməsinə verilib. Binada təmir işləri aparılıb, inventar və avadanlıqlarla təchizolunma prosesi həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
azpolitika.info

1Источники