RU

ABŞ Suriyada daha bir hərbi bazasını boşaldır

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın şimal-şərqindəki Əl-Hasake əyalətindəki Kasraq bazasından qüvvələrini çıxarmağa başlayıb.

"Unikal" xəbər verir ki, bu  barədə Suriya televiziya kanalı məlumat yayıb. 

Telekanalın məlumatına görə, "Amerika qoşunları əl-Hasake əyalətindəki Kasraq bazasından İraq Kürdüstanına doğru geri çəkilməyə başlayıb".

Fevralın 15-də Qərb koalisiya qüvvələri əl-Hasake əyalətindəki əl-Şəddadi bazasını tərk edib. Bir neçə gün əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələrinin əl-Tanf bazasından son olaraq çıxarıldığını və nəzarətin Suriya ordusuna təhvil verildiyini təsdiqləyib. 

Избранный
16
2
unikal.az

5Источники