RU

Ceymi Karrager: Bu mövsüm Premyer Liqada gördüyüm ən böyük haqsızlıqlardan biri idi

ain.az bildirir, sport24.az portalına istinadən.

"Liverpul"un keçmiş futbolçusu Ceymi Karrager İngiltərə Premyer Liqasının 27-ci turunda "qırmızılar"ın "Nottinqem Forest"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yarımmüdafiəçi Kodi Qakponu və hücumçu Məhəmməd Salahı tənqid edib. Veteran futbolçu bununla bağlı "Sky Sports"a danışıb:

"Heç şübhəsiz ki, bu mövsüm Premyer Liqada gördüyüm ən böyük haqsızlıqlardan biri idi. Rio Nqumoa 77-ci dəqiqədə meydana çıxdı və 15 dəqiqə ərzində Qakpo və Salahın bütün matçda etdiklərindən daha çox şey etdi. Bu oğlan oyunu dəyişdirdi. O, start heyətində yer almalıdır. Rio həqiqətən də çox yaxşıdır".

Qeyd edək ki, 27 turdan sonra aktivində 45 olan "Liverpul" turnir cədvəlində altıncı yerdədir. "Nottingem Forest"in isə 27 xalı var və 17-ci pillədə qərarlaşıb.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
sport24.az

1Источники