RU

ABŞ müəyyən xarici mallara əlavə rüsumların tətbiqini dayandırır

ABŞ hakimiyyəti 24 fevraldan etibarən bəzi xarici mallara tətbiq olunan əlavə rüsumları ləğv edəcək. 

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) rəsmi saytında məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp milli fövqəladə hallar zamanı federal qanun çərçivəsində tariflər tətbiq etmişdi. Lakin fevralın 20-də ABŞ Ali Məhkəməsi bu qərarı qanunsuz elan edib.

Məhkəmə qərarında vurğulanıb ki, ABŞ Prezidenti qanunun öz təfsirindən istifadə edərək Konqresin səlahiyyətlərini və “vacib məsələlər” doktrinasını pozub. Qərar tariflərdən zərər çəkən müəssisələr və 12 ştat tərəfindən qaldırılan iddiaya əsaslanır.

Donald Tramp Ali Məhkəmənin qərarını tənqid edib və onu “rüsvayçılıq” adlandırıb. Fevralın 21-də isə o, əvvəllər bütün ölkələrdən gələn mallara tətbiq edilən qlobal idxal tariflərini 10%-dən 15%-ə qaldırıb.

Seyranə QuliyevaMissiya.Az

Избранный
12
missiya.az

1Источники