RU

Tolik Səidə Sultanla bağlı qalmaqaldan danışdı KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Müğənni Səidə Sultan ilə teleaparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal getdikcə böyüyür. S.Sultanın aparıcılar barəsində səsləndirdiyi fikirlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Tarix Əliyev bildirib ki, Səidə Sultan Zeynəb Xanlarova, Flora Kərimova, Brilliant Dadaşova deyil.

Onun sözlərinə görə, Səidənin dedikləri küçə söhbətləridir, onun kimi müğənnilər Azərbaycan televiziyalarını tənqid etmək statusuna malik deyil: “Səidə dost kimi mənə, Zaura zəng vurub fikir bildirə bilər. Mənə etdiyi təhqirlər, ailəmin şərəf və ləyaqətinə toxunmaq…Vaxtilə milyonların qarşısında nənəsinin üzünə tüpürən insan bu gün Azərbaycan xalqına hansısa öyüd-nəsihət verə bilməz. Çünki nənələr bizim analar, atalarımızı dünyaya gətirən insanlardır. Bu gün, sizcə, nənəsinin üzünə tüpürən insan çıxıb xalqa məsləhət verə bilərmi? İnsanlarımızın bəzən yadından çıxır ki, əvvəllər əməkdar artistlərimiz, qadınlardan tutmuş kişilərimiz boşanmaqlarından danışıblar, ərlərinin onlara şiddətindən bəhs ediblər. Bugünkü gənc müğənnilər də onlardan öyrəniblər. Mənim verilişim də siyasi deyil, şou-biznesə aiddir. Verilişimdə Xalq artisti Zamiq Əliyev də olub, ad gününü keçirmişəm, Mənsum İbrahimovun yubileyini təşkil etmişəm, Brilliant Dadaşova qonağım olub. Bütün Xalq artistləri verilişimdə iştirak edib. Yaralı yerim budur ki, bir ağbirçək, savadlı insan məsləhət versəydi… Bu gün efirlərimizə şəhid analarımız çıxır, qazilərimiz, hörmətli insanlar çıxır. Səidənin dedikləri ilə bağlı artıq hüquqi müstəvidə addımlar atılır. Haqqımda dedikləri ifadələr bu gün Cinayət Məcəlləsinin 147-148-ci maddəsinin təsir dairəsindədir. Bu gün vəkilimlə danışmışam, Səidə qanun çərçivəsində üzr istəyəcək. Səhər verilişlərinin hansında açıq telefon zəngləri var? Mənə “Space” kanalının rəhbəri Vado Korovin deyib ki, tamaşaçının fikri bizə qanundur, tərifləyə də bilərlər, pisləyə də… Səidə ilə problemim efirdə yaranmayıb. Onun sözlərinin 10 faizində həqiqət var idi. Dedikləri qüsurlar da mənim verilişimdə olmayıb. Corab yumaqdan danışır, Zaur Nəbioğlunun verilişində müzakirə olunub. Evli kişidən uşaq dünyaya gətirilməsi məsələsi də mənim verilişimdə olmayıb, o da Zaurun proqramında olub. Bir neçə gün öncə, efirə zəng edildi, bildirildi ki, “orada oturan müğənni mən ailəmi dağıdıb, ərimi əlimdən alıb”. Bu məsələ mənə yönəldi, amma burada mənim günahım yoxdur. 2020-ci ilin 27 sentyabrında müharibə başlayan gün 5 saat “Space” televiziyasında canlı yayımda 20 şəhid anası, 30-dək qazimiz, uşaqları gəldi… Niyə xalqım baxmadı ki…Onların dərdi idi də nə üçün baxmadılar? Biz “Space” kanalı ilə birlikdə 100 uşaq sünnət edirik, onlara pulsuz toy edirik. Onların arasında şəhid övladları, nəvələri var. Nə üçün bunu saytlar görmür? Amma Səidənin dediyi nə qədər vacibdir? Səidə kimdir bu ölkədə? Hansı nailiyyətlərinə görə tanınır? Bunu çıxıb mənə Flora Kərimova irad bildirsəydi, deyərdim, düz deyərdiniz. Tənqidin də bir üslubu var. Özünə iki dəfə telefon zəngi etdim, dedim ki, Səidə, bilirsən axı mən tək deyiləm… Cavab verdi ki, “Mən sözü deyirəm, kim özünə götürür-götürsün”. Mən də canlı efirdə dedim ki, Səidə tək mənə demir, hamıya deyir. Amma onun dünən “TikTok”da canlıya daxil olub, jarqon sözlərdən istifadə edərək dedikləri tərbiyəsizlikdir. Birincisi, mən ora daxil olanda on min nəfər oldu. Onlar danışanda min nəfər adam idi. Dünən yayım açdım, 50 izləyici adam daxil olmuşdu. Xalqa 25 ildə pis də, yaxşı da səhvimi başa düşüb, üzr istəməyi bacaran insan olmuşam. Bir dəfə səhv etdim, “TikTok”da söyüş söydüm, xalqdan üzr istədim. Çünki səhvim idi. Səidəyə bu gün dəstək duranlar kimlərdir? Səidəyə dəstək verən Hüseyn Məhəmmədoğlu 3 ay xanımı ilə boşanmağı ilə gündəmdə qalıb… Lalə Məmmədova həyat yoldaşı ilə boşananda verilişlərdə 6 ay bununla əlaqədar danışıblar. Bu müğənnilər də onlara baxıblar rahat yol tapıb, gündəmə gəlmək istəyirlər. Burada nə var? Həyat bumeranqdır… Mən Səidənin narkoman olduğunu iddia etmirəm. Ancaq ağlı başında olan insan çıxıb belə söyüşlər söyməz. Mənə “erməni” söyləməsi nə deməkdir? Babalarımın qəbri Azərbaycandadır. Şərəf və ləyaqətimə toxunmağını keçməyəcəm! Məhkəmədə cavab verəcək! O mənim nəslimi, atamı, anamı təhqir edib, erməni olduğumu, ermənilərə işləməyimi deyir, hədə-qorxu gəlib. Bu, açıq şəkildə mənə qarşı təzyiqdir. Zaur Kamalı niyə demir? “Gəl mənə addım-addım” mahnısını oxuyanı efirinə çıxarıb… Xanım deyir ki, “arzum budur ki, məni Fəxri Xiyabanda basdırsınlar”. Sən və ya Zaur da deyə bilmirsiniz ki, orada bizim dahilərimizi dəfn ediblər. Bir aparıcının bundan məlumatı yoxdursa, mənim üstümə niyə düşmüsünüz”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
2
konkret.az

3Источники