RU

ABŞ nin Yaxın Şərqdə neçə hərbi gəmisi var?

ain.az bildirir, Yeniavaz portalına istinadən.

ABŞ Yaxın Şərqdə 16 hərbi gəmidən ibarət “armada” yaradıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, ABŞ-nin İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki bazalarında artıq 70 təyyarədən ibarət təxminən beş komandanlıq bölməsi var.

FT-nin məlumatına görə, armadaya iki “USS Abraham Linkoln” və “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi də daxildir. Bu gəmilər F-18 qırıcıları, “EA-18 Growlers” elektron müharibə təyyarələri, E-2 radilokasiya təyyarələri, həmçinin, yük təyyarələri də daxil olmaqla onlarla təyyarə və helikopter daşıyır. Bundan əlavə, “USS Abraham Linkoln” gəmisində F-35 qırıcıları da var.

Trampın dəniz armadası 16 döyüş gəmisi ilə yanaşı iki köməkçi gəmidən ibarətdir.

Regiondakı bazalarda və dənizdə təxminən 40 000 hərbçi yerləşdirilib.

Nəşr Vaşinqtonun İrana qarşı bir neçə həftə davam edə biləcək mümkün hərbi kampaniya üçün Yaxın Şərqdə böyük hava gücü topladığını ehtimal edir.

Qeyd edək ki, “Bild” qəzeti daha əvvəl ABŞ-nin İrana qarşı hərbi hücumu ilə bağlı qərar verdiyini və bunun gələn həftə həyata keçiriləcəyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
yeniavaz.com

2Источники