RU

Baş direktor: Qlobal Bakı Forumuna bu günədək 4000 ə yaxın iştirakçı qatılıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 23 fevral, Ceyhun Xəlilov, AZƏRTAC

Qlobal Bakı Forumu Azərbaycanın, Cənubi Qafqazın, Mərkəzi Asiyanın, Yaxın Şərqin və daha geniş siyasi regionun ən önəmli platformalarından birinə çevrilib. Artıq 13 ildir ki, dövlət və hökumət başçıları, xarici işlər nazirləri, Nobel mükafatçıları və dünyanın tanınmış siyasətçiləri bu platformada iştirak edirlər. Ənənəvi olaraq hər il Azərbaycan Prezidentinin himayəsində keçirilən Foruma bu günədək 4000-ə yaxın iştirakçı qatılıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Strategiya və Dayanıqlılıq üzrə baş direktoru Rza Əliyev deyib.

O bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hər il təşkil etdiyi Qlobal Bakı Forumu Prezident İlham Əliyevin verdiyi mühüm siyasi mesajların dünya səviyyəsində çatdırılmasında əhəmiyyətli rol oynayır.

“Mərkəzin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, o, yalnız bir tədbirlə məhdudlaşmır, il ərzində dünyanın müxtəlif regionlarında və beynəlxalq platformalarda mütəmadi tədbirlər təşkil edir. Hər il BMT-nin Cenevrə Ofisində, Nyu-Yorkda, o cümlədən Avropa İttifaqı çərçivəsində, Orta Şərq və Mərkəzi Asiya ölkələrində, xüsusilə də Çin Xalq Respublikasında müxtəlif tədbirlər keçirilir. Son illər ərzində Mərkəz beynəlxalq platformalarda iştirak coğrafiyasını daha da genişləndirib. Buna misal olaraq, 2025-ci və 2026-cı illərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan tədbirləri göstərmək olar”, - deyə baş direktoru əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
2
azertag.az

3Источники