ABŞ səfiri Mayk Hakabi Taker Karlsona verdiyi müsahibədə İsrailin Nil çayından (Misir) Fərat çayına (Suriya və İraq) qədər olan ərazilərdə dini və tarixi haqlarının olduğunu iddia edib.
Ömər Çelik bu açıqlamaları beynəlxalq hüququn tapdalanması və bölgənin təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib.
AKP sözçüsü özünün "X" sosial şəbəkə hesabında paylaşdığı bəyanatda bir neçə kritik məqamı vurğulayıb: "İsrailin işğal olunmuş Fələstin əraziləri və ya digər ərəb torpaqları üzərində heç bir suverenliyi və hüququ yoxdur. Dost və qardaş ərəb dövlətlərinin suverenliyinə qarşı hər hansı təhdid qeyri-qanunidir."
Çelik qeyd edib ki, İordan çayının qərb sahilinin ilhaq edilməsi və ya Qəzza zolağının tamamilə ayrılması cəhdləri Türkiyə tərəfindən "məkan soyqırımı" kimi xarakterizə olunur. Beynəlxalq hüququn dini-fanatik şərhlərlə əvəzlənməsinin Yaxın Şərqdə qarşısıalınmaz fəsadlara yol açacağı bildirilib.
İşğal olunmuş ərazilərdə yeni yəhudi məskənlərinin salınması "açıq təcavüz" kimi ixtisaslandırılıb