RU

"Anamla münasibətlərim düzəlib" - Təranənin qızı

Hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın qızı Suel "Bir gün" verilişinə qatılıb.

Axşam.az xəbər verir ki, o, hazırda universitetə hazırlaşdığını açıqlayıb:
"10-cu sinfə gedirəm. 1-ci qrupa hazırlaşıram. Milli Aviasiya Akademiyasının pilotluq ixtisasını istəyirəm. Bir ilim qalıb".
Suel anası ilə aralarındakı münasibətin düzəldiyini açıqlayıb:
"Anamla münasibətlərim düzəlib. Hər gün zəng edir, hal-əhval tutur. Bacımla maraqlanır. Dərslərimi soruşur. Rəqsanə xanım mənim ikinci anamdır".
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub. 
Əlavə edək ki, T.Səmədovanın qızı Suelin atası Abbasdır.
Избранный
5
1
yenilik.az

2Источники