RU

Tehran: “Heç bir kapitulyasiya olmayacaq”

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az Qətərin “Al Jazeera” telekanalına istinadən xəbər verilir ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai belə deyib. Onun sözlərinə görə, hazırda tərəflər “ideyaların formalaşdırılması prosesindədir” . Bəqai həmçinin diqqətə çatdırıb ki, İran heç bir təslim olma ideyasını qəbul etməyəcək. “Bizim təslimçiliyə heç bir aidiyyətimiz yoxdur və bu, beynəlxalq hüquqa da ziddir. Lakin Tehran diplomatik yolla irəliləmək mövqeyində qətiyyətlidir”, – İran XİN-in sözçüsü bildirib. Eyni zamanda, İran ordusunun baş komandanı Əmir Hatəmi İranın düşmənlərinin İslam Respublikasını tədricən zəiflətməyə və cəmiyyətin dayanıqlığını sarsıtmağa yönəlmiş “strateji zəiflətmə” planı həyata keçirdiklərini iddia edib. Pentaqonun keçmiş yüksək vəzifəli rəsmisi Dana Stroul isə öz növbəsində “Fox News” telekanalına açıqlamasında bildirib ki, ABŞ Yaxın Şərqdə qüvvələrin böyük bir hissəsinin toplanmasından sonra İrana qarşı “yüksək intensivlikli” hərbi kampaniya aparmaq iqtidarındadır. - ABŞ ordusu prezident Trampın əmri ilə davamlı, yüksək intensivlikli kampaniyaya, həmçinin Yaxın Şərqdəki müttəfiqlərini və tərəfdaşlarını İran raketlərindən qorumağa hazırdır”, – indi Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun tədqiqat direktoru vəzifəsini tutan xanım Stroul vurğulayıb. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
azvision.az

2Источники