RU

Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyunda məğlub olub

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyuna çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, yığma 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə bitib - 1:0.

Xatırladaq ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib - 1:0.

"Cebheinfo.az"

Избранный
5
4
cebheinfo.az

5Источники