RU

ABŞ İranın mümkün hücumlara cavabı ilə bağlı narahatlıqlarını AÇIQLADI

ain.az bildirir, Redaktor.az portalına istinadən.

“ABŞ İranın dəstəklədiyi qrupların hücum ehtimalından narahatdır”.

Redaktor.az xəbər verir ki, bu barədə "The New York Times" Qərb təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton İranın öz ərazisinə zərbə endiriləcəyi təqdirdə dəstəklədiyi qruplardan Avropa və Yaxın Şərqdəki Amerika hədəflərinə hücum etmələrini istəyə biləcəyindən ehtiyat edir.

Hazırda belə planların mövcudluğuna dair konkret sübut yoxdur. Lakin mənbələr bildiriblər ki, kəşfiyyat məlumatları İran tərəfdarı qruplar və hərəkatlar arasında getdikcə daha çox rabitənin ələ keçirildiyini göstərir ki, bu da potensial hücumların əlaqələndirilməsi ehtimalını artırır.

Nəşrin məlumatına əsasən, İran cavab tədbirləri çərçivəsində Ənsar Allah hərəkatından Qırmızı dənizdə gəmilərə hücumları bərpa etməyi, həmçinin Hizbullahdan ABŞ hərbi bazalarına və ya səfirliklərinə zərbələr endirməyi tələb edə bilər.

İranın xarici işlər naziri Abbas Əraqçi isə bir gün əvvəl bəyan edib ki, ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə Tehran regiondakı Amerika hərbi bazalarına zərbə endirəcək. O, eyni zamanda İranın nüvə məsələsinin diplomatik yolla həllinin mümkün olduğunu vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
8
redaktor.az

10Источники