RU

Astarada əməliyyat: 10 kilo narkotik aşkarlandı

Bakı.Trend:

Astara rayonunda keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdovasaxlanılıblar.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, həmin şəxslərdənölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayannarkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuanaaşkarlanıb.

Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılanşəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Избранный
15
az.trend.az

1Источники