RU

A Seriyası klubu baş məşqçisini göndərir

İtaliya A Seriyasında “Cenoa”ya 0:3 hesabı ilə uduzan “Torino”nun baş məşqçisi Marko Baroni yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacaq.

Msport.az xəbər verir ki, onu bu postda 50 yaşlı italyan mütəxəssis Roberto Daversa əvəz edəcək.

Daversa son mövsümdə “Empoli”yə rəhbərlik edib.

Qeyd edək ki, Turin klubu son 8 oyunda 6 məğlubiyyət alaraq turnir cədvəlində 27 xalla 15-ci pillədə qərarlaşıb.

Избранный
12
1
msport.az

2Источники