RU

Qazaxıstan FHN qar yığınları altından 155 nəfəri çıxarıb

Ötən həftəsonu Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qar yığınları altından dördü uşaq olmaqla 155 nəfəri çıxararaq təxliyə edib, həmçinin 32 nəqliyyat vasitəsi xilas olunub.

AZƏRTAC Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, xilasetmə əməliyyatları iqlim şəraitinin pisləşməsi, qar fırtınası, buzlu hava, güclü külək və sıfır görünürlük səbəbindən həyata keçirilib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi vətəndaşları ehtiyat tədbirləri görməyə, fırtına xəbərdarlıqlarına diqqət yetirməyə və əlverişsiz hava şəraitində uzun səfərlərdən çəkinməyə çağırır. Kənd yerlərində yaşayan sakinlərə əlverişsiz hava şəraiti zamanı uzun gəzintilərə çıxmamaq tövsiyə olunur.

Избранный
9
3
yeniazerbaycan.com

4Источники