RU

İnfluserlərin reklamına inanıb zərərə düşmüsünüzsə, mütləq bu addımı atın…

Sosial şəbəkələrdə influencerlərin verdiyi məsləhətlərə inanıb zərərə düşənlərin sayı çoxaldıqca bir sual aktuallaşır. İnsanlar yanlış yönləndirilərsə, buna görə influencer məsuliyyət daşıyırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, influencerin sadəcə şəxsi fikrini ifadə etməsi onun avtomatik məsuliyyət daşıması anlamına gəlmir.

Əkrəm

“Bir şəxs sosial şəbəkədə öz mövqeyini və ya rəyini bildirirsə, başqa insanların həmin fikrə əsaslanaraq qərar verməsi və sonradan ziyana düşməsi hüquqi baxımdan birbaşa məsuliyyət yaratmır. Çünki burada seçim və qərar məsuliyyəti həmin şəxsin öz üzərinə düşür”.

Əkrəm Həsənov qeyd edib ki, yalnız konkret şəxslər və ya qurumlar haqqında bilərəkdən yalan məlumat yayılması halında məsuliyyət məsələsi yarana bilər. Bu zaman zərər çəkən tərəf məhkəməyə müraciət edərək həmin şəxsin məsuliyyətə cəlb olunmasını tələb edə bilər.

Ekspert vurğulayıb ki, ümumi tövsiyə və şəxsi fikir bildirmək isə qanunvericilik baxımından məsuliyyət doğurmur.

Müşviq Tofiqoğu
KONKRET.az

Избранный
18
1
konkret.az

2Источники