RU

Türk alimləri Ay və Mars torpağına bənzər mühitdə pomidor yetişdiriblər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbul, 23 fevral, Günel Karatepe, AZƏRTAC

Türkiyə alimləri Ege Universitetində həyata keçirilən və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən dəstəklənən layihə çərçivəsində Ay və Mars torpağına bənzər mühitdə pomidor yetişdirməyə nail olublar.

AZƏRTAC xəbər verir ki, tədqiqatlarda ABŞ-dən gətirilən Ay və Mars regolitinə bənzər materiallardan istifadə olunub.

Növbəti mərhələdə pomidorların keyfiyyəti və streslə əlaqəli molekulyar mexanizmlər araşdırılacaq.

Araşdırma Ay və Marsda qurulması planlaşdırılan koloniyalar üçün regolitlərin kənd təsərrüfatına yararlı hala gətirilməsinə töhfə verməyi hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
2
azertag.az

3Источники