RU

Xalq artistinin kürəkəni dələduzluqda ittiham olunurVİDEO

Bakı sakini Elşən Mahmudbəyli Xalq artisti, mərhum aktyor Ramiz Əzizbəylinin kürəkəni tərəfindən aldadıldığını iddia edir. O, "Xəzər Xəbər"ə müraciətində iddia edib ki, biznes qurmaq məqsədilə ondan külli miqdarda pul alan şəxsin dələduzluğuna məruz qalıb, 100 min manata yaxın pulu əlindən çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, Elşən Mahmudbəyli bildirib ki, Rüfət Qasımzadə adlı şəxs onun yüz min manata yaxın pulunu mənimsəyib.

Zərərçəkənin iddiasına görə, ona qanuni biznes qurulacağı vəd edilsə də, qarşı tərəf qeyri-qanuni yollara baş vurub.

İddiada adı hallanan Məmməd Məmmədzadə də Elşən Mahmudbəylidən pulu götürdüyünü təsdiqləyib. 

İddiada adıçəkilən Rüfət Qasımzadədən və ailəsindən də münasibət öyrənmək istədik, lakin zənglərə cavab verilmədi. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov "Xəzər Xəbər"ə bildirdi ki, müraciət üzrə Yasamal rayon polis idarəsində araşdırma aparılır. Araşdırmalarla tərəflər arasında yaranan mübahisə ilə bağlı müvafiq prosessual tədbirlərin icrası təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
12
xezerxeber.az

1Источники