RU

Mingəçevirdə ər arvadına xəsarət yetirdi Polis şübhəli şəxsi saxladı

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mingəçevirdə ailədaxili münaqişə qanlı hadisə ilə nəticələnib.

Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən yaşayış binalarından birində baş verib.

Belə ki, şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya yaşadıqları ünvanda kəsici alətlə xəsarətlər yetirib. Xəsarət alan qadın təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılaraq hospitalizasiya olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
avtosfer.az

1Источники