Olaylar.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 17-ci iclasında deyib.
Onun sözlərinə görə, hazırda 160 km uzunluğunda dəmir yolu xəttinin tikintisi üçün xəttin keçdiyi ərazinin 120 kilometrinin mülkiyyəti vətəndaşlardan satın alınıb.
Sadeq bildirib ki, "Şimal-Cənub" dəhlizi çərçivəsində İran, Rusiya və Azərbaycan arasında ildə 15 milyon ton yükün daşınması xüsusi olaraq diqqət mərkəzində saxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31