RU

Yol nişanlarının uyğunsuz yerlərdə qoyulması təhlükə yaradırVİDEO

Paytaxtın bəzi ərazilərində yol nişanlarının görmə məhdudiyyəti olan yerlərdə qoyulması sürücülərə təhlükə yaradır.

Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspertlər deyirlər ki, nişanlar qanunda olan standartlara əsasən qoyulmalıdır.

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, bunun tətbiq edilməməsi problem yaradır. Xüsusilə 5.8.1, 5.8.2 nişanları, yəni zolaqlarda icazə verilən hərəkət istiqamətləri göstərən belə nişanların yuxarıdan asılması vacibdir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, göydən asılan zolaqlar üzrə hərəkət yol nişanları paytaxtın 60-dan çox küçə və prospektdə quraşdırılıb. Məsələn, bu nişanları Moskva və Mətbuat prospektləri, 28 May, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Abdulla Şaiq, Koroğlu Rəhimov küçələri və digər ərazilərdə  görmək mümkündür. Təhlillər aparılaraq bu cür nişanların quraşdırılması davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
12
xezerxeber.az

1Источники