"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la keçiriləcək cavab matçı öncəsi Bakıdakı mətbuat konfransında heyət barədə açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis mərakeşli müdafiəçi Sami Mmae-nin hazır olmadığını və intizam pozuntusuna görə əvəzedici heyətə göndərildiyini bildirib:
“Hazır olanları heyətə salacağıq. Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib. Bəzən bu addımları atmaq lazımdır. Amma qaydalar çərçivəsində bunu həyata keçirmək lazımdır”.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə keçiriləcək. Bakıda baş tutan ilk matçda İngiltərə təmsilçisi 6:1 hesablı qələbə qazanıb.