RU

Türkiyənin ən varlı insanları məlum oldu: Siyahıda sürpriz dəyişikliklər

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Forbes Türkiyənin ən zənginləri siyahısını yeniləyib. Builki siyahıda zirvədəki fərq və müdafiə sənayesindən yeni bir ismin siyahıya daxil olması diqqət çəkir.

Milli.Az xəbər verir ki, "Chobani" brendinin qurucusu Hamdi Ulukaya 13.5 milyard dollarlıq şəxsi sərvəti ilə siyahının mütləq lideridir. O, ən yaxın rəqibi Murat Ülkeri iki dəfədən çox üstələyir.

Müdafiə sənayesindəki (PUA və dron istehsalı) uğurları ilə tanınan "Baykar" İdarə Heyətinin sədri Selçuk Bayraktar, 2.7 milyard dollarlıq sərvəti ilə ilk dəfə Türkiyənin ən zəngin 10-cu şəxsi kimi siyahıya daxil olub.

Şaban Cemil Kazancı və Feridun Geçgel kimi isimlərin siyahının yuxarı pillələrində yer alması Türkiyədə enerji sektorunun gəlirliliyini göstərir.

Türkiyənin ən zəngin insanlarının siyahısı

Hamdi Ulukaya - 13.500.000.000 dolar

Murat Ülker - 5.300.000.000 dolar

Şaban Cemil Kazancı - 5.100.000.000 dolar

Erman Ilıcak - 3.700.000.000 dolar

Feridun Geçgel - 3.400.000.000 dolar

Ferit Faik Şahenk - 3.100.000.000 dolar

Semahat Sevim Arsel - 3.100.000.000 dolar

Filiz Şahenk - 2.900.000.000 dolar

Mustafa Rahmi Koç - 2.700.000.000 dolar

Selçuk Bayraktar - 2.700.000.000 dolar

Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
2
news.milli.az

3Источники