RU

Meksikada narkobaronun öldürülməsindən sonra baş verən hadisələrdə 55 nəfər ölüb

Meksikada narkobaronun öldürülməsindən sonra baş verən hadisələrdə 55 nəfər ölüb

Meksikada "Xalisko Yeni Nəsil Karteli"nin (CJNG) rəhbəri və ölkənin ən çox axtarılan narkobaronu "El Mencho"nun öldürülməsindən sonra başlayan hadisələrdə 25-i təhlükəsizlik əməkdaşı olmaqla, ümumilikdə 55 nəfər ölüb.

Meksikanın Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfuç məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada "El Mencho"nun öldürülməsindən sonra 16 ştatda zorakılıq hadisələrinin baş verdiyini bildirib. CJNG-nin hücumları nəticəsində 25 təhlükəsizlik əməkdaşının öldüyünü vurğulayan Harfuç, əməliyyatlar zamanı 30 kartel üzvünün zərərsizləşdirildiyini qeyd edib.

Harfuç 11 ştatda 85 magistral yolun bağlandığını, lakin təhlükəsizlik qüvvələrinin fəaliyyəti sayəsində əsas istiqamətlərdə hərəkətin tamamilə normallaşdığını diqqətə çatdırıb.

Digər tərəfdən, 2026-cı il Dünya Çempionatına ev sahibliyi edəcək şəhərlər arasında yer alan Qvadalaxaradakı zooparka gedən təxminən 1000 turist, geri dönə bilmədikləri üçün olduqları yerdə köməksiz qalıb. Rəsmilər turistlər üçün bölgəyə 21 avtobus, 5 mikroavtobus cəlb edib və qida dəstəyi təmin ediblər.

Ölkənin mühüm turizm mərkəzlərindən olan Puerto-Vayartada uçuşlar ləğv edilib, amerikalı müğənni Kali Uçisin konserti də daxil olmaqla kütləvi tədbirlər təxirə salınıb.

Bu arada, ordunun keçirdiyi əməliyyat nəticəsində öldürülən "El Mencho"nun cəsədi Federal Respublika Prokurorluğuna (FGR) məxsus binadan geniş təhlükəsizlik tədbirləri altında Mexiko şəhərindəki məhkəmə-tibbi ekspertiza müəssisəsinə aparılıb.

Избранный
29
afn.az

1Источники