Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 27 fevral – 1 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Böyük Dəbilqə turniri keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.
Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Heyəti təqdim edirik:
Kişilər
60 kq
Əhməd Yusifov
Balabəy Ağayev
66 kq
Nizami İmranov
Turan Bayramov
73 kq
Kamran Süleymanov
Hidayət Heydərov
81 kq
Ömər Rəcəbli
90 kq
Murad Fətiyev
100 kq
Zelim Kotsoyev
Əjdər Bağırov
+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov
Qadınlar
48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
52 kq
Aydan Vəliyeva
Leyla Əliyeva
63 kq
Fidan Əlizadə
70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта