RU

Qurban Qurbanov iki legionerlə bağlı qərarını verdi

ain.az, Fanat saytına istinadən bildirir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov heyətdəki legionerlərdən ikisi ilə bağlı qərarını verib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 53 yaşlı mütəxəssis Zaqreb "Dinamo"sundan cari mövsümün sonunadək icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mmayenin və dayaq yarımmüdafiəçisi Kris Kuakunun komandada qalmasını vacib saymır. 

Ağdam təmsilçisi hazırda idman intizamını pozduğu üçün əvəzedici komandaya göndərilən 29 yaşlı mərakeşlinin transfer hüquqlarına yiyələnməyə can atmayacaqsa, arzulanan performansla yadda qalmayan Kuakunun da yayda icarəyə veriləcəyi gözlənilir. Hər iki əcnəbinin mövqeyində yeni legionerlərin cəlb edilməsi planlaşdırılır. 

Kuakunun "köhlənlər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ" fevralın 24-dən 25-nə keçən gecə "Nyukasl"la pley-off mərhələsinin cavab matçına çıxacaq. Görüş saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk matç "sağsağanlar"ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
fanat.az

2Источники