RU

ABŞ Alyaska və Qrenlandiyada Kanada və Danimarka ilə hərbi təlimlərə başlayıb

BAKI, 24 fevral. TELEQRAF

Şimali Amerikanın Aerokosmik Müdafiə üzrə Birləşmiş Komandanlığı (NORAD) və ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı Kanada və Danimarka ilə birgə Alyaska və Qrenlandiyada keçiriləcək hərbi təlimlərin başladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat ABŞ Şimal Komandanlığının rəsmi saytında dərc olunub.

Məlumata görə, ARCTIC EDGE 2026 (AE26) adlı birgə səhra təlimləri 23 fevraldan 13 mart 2026-cı ilədək Alyaskadan Qrenlandiyaya qədər müxtəlif ərazilərdə keçiriləcək. Təlimlərdə Danimarka və Kanada ilə yanaşı, Alyaska Milli Qvardiyası, həmçinin ABŞ-nin Federal Təhqiqat Bürosu və Sahil Mühafizəsi də daxil olmaqla müxtəlif qurumlar iştirak edəcək.

Qeyd olunur ki, manevrlərin məqsədi ABŞ-nin Arktika regionundakı tərəfdaşları arasında hazırlıq səviyyəsini artırmaq, imkanları nümayiş etdirmək və qarşılıqlı əlaqəni gücləndirməkdir. Təlimlər çərçivəsində qanadlı raketlərdən müdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə, eləcə də Arktika şəraitində sağ qalma və hərəkət bacarıqlarının məşqi nəzərdə tutulur.

Избранный
22
1
teleqraf.com

3Источники