RU

Moskvada yol polisi avtomobili partlayıb, bir nəfər ölüb - VİDEO

Moskvada Savyolovskaya vağzalı yaxınlığında yol polisi avtomobilində partlayış baş verib.

APA-nın Moskva bürosu “Mash” teleqram kanalına istinadən xəbər verir ki, ilkin məlumata görə, bir polis zabiti həlak olub, digəri isə yaralanıb.

Məlumata əsasən, yerli sakinlər partlayışı təxminən saat 00:05 radələrində eşidiblər. Həmin vaxt patrul avtomobili yolun kənarında dayanmış vəziyyətdə olub. Bildirilir ki, partlayışı lentə alan və daha sonra hadisə yerindən qaçan bir şəxs müşahidə edilib.

Partlayış nəticəsində patrul avtomobilinin şüşələri sınıb. Sağ qalan polis zabitinin təcili yardım maşını ilə xəstəxanaya aparıldığı qeyd olunur.

Hadisənin səbəbləri araşdırılır.

Избранный
6
3
apa.az

4Источники