RU

Türkiyədə futbolçunun topla vurduğu qağayı xilas edildi VİDEO

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

İstanbulun həvəskar liqasında çıxış edən futbolçu meydanda topun dəyməsi nəticəsində yerə düşən qağayıya ürək masajı edərək onu həyata qaytarıb.

Oxu.Az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, insident birinci həvəskar liqanın final oyununda, qarşılaşmanın 22-ci dəqiqəsində baş verib.

İstanbul komandasının qapıçısı Muhammet Uyanıkın qapıdan uzaqlaşdırmağa çalışdığı top meydan üzərindən uçan quşa dəyib.

Qağayıya ilk yardımı klubun kapitanı Qani Çatan göstərib və ona süni ürək masajı edib. Daha sonra quş baytarlara təhvil verilib.

Sonradan məlum olub ki, qağayı sağ qalıb, lakin qanadlarının ağır zədələnməsi səbəbindən uçmaq qabiliyyətini itirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
oxu.az

1Источники