RU

Latviyada təqaüdlə təhsil imkanı elan olunub

BAKI,TurkicWorld

Latviya Respublikası 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramını elan edib.

TurkicWorld xəbər verir ki, proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşları Latviyanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edəcəklər.

Müraciət üçün son tarix 1 aprel 2026-cı il müəyyən edilib. Təqdim olunmuş sənədlərə baxıldıqdan sonra yekun seçim qərarı Latviya tərəfi tərəfindən qəbul ediləcək.

Qeyd edək ki, təqaüd proqramı Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında təhsil sahəsində əməkdaşlığa dair 17 iyul 2017-ci il tarixində Riqa şəhərində imzalanmış sazişə əsasən həyata keçirilir.

Proqramla bağlı ətraflı məlumat və müraciət qaydaları müvafiq rəsmi resurslar vasitəsilə əldə edilə bilər.

Избранный
6
5
turkic.world

6Источники