RU

Hidayət Heydərov və Zelim Kotsoyev “Böyük dəbilqə”yə qatılacaq

Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən təşkil olunacaq yarış fevralın 27-dən martın 1-dək baş tutacaq.

Turnirdə kişilərdən ibarət yığma baş məşqçi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik, qadınlardan ibarət milli isə baş məşqçi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.

Üç gün davam edəcək yarışda 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.

Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

66 kq

73 kq

81 kq

Ömər Rəcəbli

90 kq

Murad Fətiyev

100 kq

+100 kq

Qadınlar

48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

52 kq

63 kq

Fidan Əlizadə

70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova

"Cebheinfo.az"

Избранный
8
10
cebheinfo.az

10Источники