
Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Kiyevdə Bankova küçəsindəki ofis binasının altındakı bunkeri və öz ofisini göstərib.
Missiya.Az xəbər verir ki, o bu barədə özünün “Teleqram" kanalında məlumat yayıb.
“Bu ofis, Bankova küçəsindəki bunkerdəki bu kiçik otaq, müharibənin əvvəlində dünya liderləri ilə ilk söhbətlərin aparıldığı yerdir. Mən burada ABŞ-nin sabiq Prezidenti Co Baydenlə danışdım və məhz burada onu eşitdim. O mənə bildirdi ki, Volodimir, təhlükə var, Ukraynanı təcili tərk etməlisiniz. Biz bu işdə kömək etməyə hazırıq. Mən də cavab verdim ki, mənə taksi yox, silah lazımdır”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az