RU

"Bütün təhsil pillələri üzrə informasiya sistemləri qurulub” - Vüsal Xanlarov

“Hazırda bütün təhsil pillələri üzrə informasiya sistemləri qurulub”.

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

“Bu o deməkdir ki, biz sistemlərlə təhsilalanların qəbulu, yerdəyişməsi proseslərini tam elektronlaşdırılmış şəkildə həyata keçiririk. Təhsilverənlərin də işə qəbulu, işdən azad olunması elektron müstəvidə həyata keçirilir”, - o qeyd edib.

Aytəkin TOFİQQIZI

Избранный
10
redaktor.az

1Источники