RU

Bir ildə 7 milyard manatlıq faktiki sərmayə yatırılıb

"2025-ci ilin sonuna kimi agentliyin idareəetməsində olan sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident qeydiyyatdan keçib".

"Yeni Sabah" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Seymur Adıgözəlov İqtisadiyyat Nazirliyi tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin ilin yekunlarına dair mətbuat konfransında deyib.

Sədr vurğulayıb ki, ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə sahibkarlar tərəfindən 7 milyard manat faktiki sərmayə yatırılıb:

"82 müəssisə fəaliyyətə başlayıb və 9700-dən artıq daimi iş yeri yaradılıb. 2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib. Bu rəqəmlər sənaye zonalarının artıq formalaşmış və dayanıqlı bir sənaye mühitinə çevrildiyinin göstəricisidir".

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
16
3
yenisabah.az

4Источники