RU

Rusiya səhiyyədə robotlardan istifadəni artırır | FOTOLAR

Bu barədə Moskva şəhərinin meri Sergey Sobyanin özünün şəxsi bloqundaməlumatyayıb. O bildirib ki, səhiyyədə robot texnologiyalarından hesabına aparılmış əməliyyatların sayı son beş ildə dörd dəfə artaraq ildə 4 min 600-ə çatıb:"2026-cı ildə bu rəqəmin 5 mini keçəcəyini gözləyirik. Müasir texnologiyalar Moskva səhiyyəsinin simasını açıq-aşkar dəyişdirir. Tibbi robotlar həkimlərə xəstələrin müalicəsində, xəstələrin daha tez sağalmasında kömək göstərir. Bu texnologiyalar tibbi xidməti daha yaxşı, əlçatan və rahat hala gətirir".

Moskva meri bildirib ki, yerli alimlərin hazırladıqları xüsusi robot-kuryer hər dövrədə 800-dək sınaq şüşəsi daşıyır, QR kodları vasitəsilə öz yolunu asanlıqla müəyyənləşdirir, habelə əməkdaşları audiomesajlar vasitəsilə məlumatlandırır:"Eyni zamanda, Moskva klinikaları üçün 20-dən çox cərrahi robot-köməkçi alınıb. Onların yardımı ilə cərrahlar mürəkkəb prosedurları dəqiqliklə yerinə yetirirlər".



Firudin Həmidli
AzVision.az
Избранный
23
1
azvision.az

2Источники