RU

4 il əvvəl hər şey başqa idi Foto

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xalq artisti Yusif Eyvazov sosial media hesabında maraqlı paylaşım edib.

Axşam.az xəbər verir ki, görüntülərdə sənətçinin keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko və Xalq artisti Filipp Kirkorovla bir masa arxasında əyləndiyi anlar əks olunub.

Paylaşımda Xalq artisti Murad Adıgözəlzadə və onun keçmiş xanımı, "Avroviziya 2009" mahnı müsabiqəsinin üçüncüsü Aysel Teymurzadənin də yer alması diqqət çəkib.

Maraqlı məqamlardan biri də həmin dövr hər iki cütlüyün evli olduqları vaxta təsadüf edir. Belə ki, opera ifaçısı görüntülərin 4 il əvvələ aid olduğunu yazıb. 

Həmçinin şəkildə Xalq artisti Elçin Əzizov və həyat yoldaşı Həmidə Məlikova da yer alıb.

Qeyd edək ki, Yusif Eyvazovla Anna Netrebko 2024-cü ildə boşanıb. Həmin il Murad Adıgözəlzadə və Aysel Teymurzadənin də ayrılıq xəbəri yayıldı. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
axsam.az

1Источники