RU

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası çərçivəsində “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsində izləyicilərə növbəti inci – böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli təqdim edilir. Məndə sığar iki cahan, mən bu cahana sığmazam.

Gövhəri-laməkan mənəm, kövni məkanə sığmazam. Əsrlərdən bəri alimlərin baş sındırdığı Nəsiminin məhşur “Sığmazam” qəzəli dərinliyi ilə hər kəsi düşündürüb və düşündürməkdədir. İlk növbədə fəlsəfi baxımdan çox böyük mənalar kəsb edən bu qəzəldə Nəsimi Allahını dərk edərəkdən insanın ən uca, ən ali varlıq olduğunu deyir.

Bir çox mütəxəssislər tərəfindən illərlə mübahisəli yanaşmalar hələ də bu qəzəlin tam mənası ilə açılmasına, araşdırılmasına, Nəsimi ümmanın baş vurmasına çağırır insanı. Baş vurduqca, Nəsiminin daxili aləminin daha dərinliklərə olduğu görünür. Mərkəzi Kitabxananın Fəxri oxucusu, şeir və qəzəlsevər Cavanşir Əliyev qəzəli səsləndirərək, izləyicilərə əsrlər keçməsinə baxmayaraq, əbədiyaşar Nəsimini oxumaq və bu ümmana baş vurmağı tövsiyə edir. Videoçarxda Mərkəzi Kitabxananın Fəxri oxucusu yazıçı-ssenarist, filologiya üzrə fəlsəfə doktoru, dosent, Firudin Qurbansoyun Azərbaycan şairi Nəsimi haqqında maraqlı fikirləri təqdim olunur. Videoçarxı kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım hazırladı. Videoçarx aşağıdakı keçiddə təqdim olunur: https://www.youtube.com/watch?v=w5S6_l6MODs

Избранный
16
sabahinfo.az

1Источники