RU

Nikolayevdə terror aktı: 7 polis əməkdaşı yaralanıb

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Ukraynanın Nikolayev vilayəti prokurorluğunun yaydığı bəyanatda belə deyilir. “Nikolayevdə patrul polisi şöbəsinin inzibati binasının yaxınlığında yerləşən fəaliyyət göstərməyən yanacaqdoldurma məntəqəsində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində azı yeddi polis əməkdaşının xəsarət alması ilə nəticələnən partlayış baş verib”, - məlumatda bildirilir. Prokurorluq diqqətə çatdırıb ki, partlayışla bağlı Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 2-ci hissəsinə əsasən terror aktı kimi məhkəməyəqədər araşdırma başlanıb. Hadisə yerində istintaq qrupu işləyir və hadisənin bütün hallarını müəyyən edir. Ukrayna Milli polisi bu hadisələri hüquq-mühafizə orqanlarına qarşı yönəlmiş hücum kimi qiymətləndirib. - Dünən Lvovda polis əməkdaşlarına qarşı terror aktı baş verib. Bu, təsadüf deyil. Rusiya hər gün xalqı və dövləti qoruyan Ukrayna polis əməkdaşlarını qəsdən öldürməyə çalışır. Partlayış Ukraynadakı vəziyyəti qeyri-sabitləşdirmək cəhdi və hüquq-mühafizə sisteminə hücumdur”, - qurumun açıqlamasında vurğulanır. Xatırladaq ki, fevralın 23-də Lvov məhkəməsi Lvov şəhərində polis məmurunun ölümü ilə nəticələnən partlayışların təşkilində şübhəli bilinən Rovno vilayətinin sakini İrina Savetinanı həbs edib. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
azvision.az

1Источники