RU

Azərbaycanda 900 min insan “rəqəmsal məktəb”dən istifadə edir

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Azərbaycanda təxminən 900 mindən çox şəxs “Rəqəmsal məktəb” platformasından istifadə edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov brifinqdə deyib.

O, layihə çərçivəsində şagirdlər üçün rəqəmsal köməkçinin hazırlandığını və istifadəçi sayının 900 mini keçdiyini vurğulayıb:

“Onlardan 500 mindən çoxu şagird, 360 mini isə valideyndir. Layihə hazırda yalnız Bakı şəhərində tətbiq edilir. Gələcəkdə bu,  regionlarda da fəaliyyət göstərəcək”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
globalinfo.az

1Источники