RU

Zelenski 2 il yaşadığı və işlədiyi bunkerdən FOTOLAR

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdəki Bankova küçəsindəki bunkerini göstərən video paylaşıb.

“Cebheinfo.az” xəbə verir ki, bunkerin içərisində "Ukrayna Prezidentinin Ofisi" və "Nazirlər Kabineti" yazıları olan lövhələr də var. Zelenski 2022-ci ilin fevral ayında baş verən hərbi əməliyyatlara toxunaraq deyib: 

"Burada çox iş görülüb. Biz bu obyekti əvvəllər heç vaxt göstərməmişik". 

Görüntüdə, həmçinin Zelenskinin münaqişənin əvvəlində digər liderlərlə telefon danışıqları apardığı ofisi də görünür.

Ukrayna Prezidenti əlavə edib ki, döyüşlərin əvvəlində bunkerdə "yüzlərlə insan" olub.

Zelenski bunkerdə iki il yaşadığını və Prezident Ofisində işlədiyini bildirib. İndi isə o, sığınacağa yalnız gecə hava hücumları zamanı endiyini deyir.

Избранный
15
2
cebheinfo.az

3Источники