ain.az, Azvision portalına istinadən məlumat verir.
Bu barədə AzVision.az -a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, intervallar qısa müddətdə bərpa olunacaq. Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və "Nərimanov" elektrik deposuna yola salınıb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb. "Yaranmış narahatlığa görə sərnişinlərimizdən üzr istəyirik!", - deyə məlumatda bildirilib. *** Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin "İçərişəhər–Sahil" mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb. Bu barədə AzVision.az -a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var. Bənövşəyi xətdə və "Cəfər Cabbarlı-Xətai", "Həzi Aslanov-Əhmədli" mənzillərində qatarlar qrafik üzrə hərəkət edir. "Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik", - deyə məlumatda bildirilib. AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.